Bizə yazın
Bakı
+12 °C
USD RUR EUR AU BRENT
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • GÜNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MÜSAHİBƏ
  • KRİMİNAL
  • MƏDƏNİYYƏT
  • DÜNYA
  • SƏRBƏST
  • İDMAN
  • KİVDF

Əsas xəbərlər

Sarkisyan istefa verdi - Səhv etdim
Əli Həsənov: Dövlət Departamentinin Azərbaycandakı vəziyyətə münasibəti həmişəki kimi yenə də tendensioz xarakter daşıyıb
Hüseyn Abdullayev tutularaq Azərbaycana gətirilib
ABŞ-dan Ankaraya təhdid...
Vaşinqtona etibar yoxdur:
Türkiyə qızıllarını ABŞ-dan çıxardı
Qlobal təhlükəsizlikdə Bakının rolu artır...

Digər xəbərlər

İstehlak kreditləri
bankları dirçəldə bilər...
Dolların bugünkü məzənnəsi
Dolların bugünkü məzənnəsi
Dolların bugünkü məzənnəsi
Dolların bugünkü məzənnəsi
Yıldırım Şimşəksiz qaldı...
Dolların bahalaşması ertələndi
Ticarət müharibəsi: İnvestorlar dolları atır, avronu tuturlar...
 
"Xəzər" avtomobilləri neçəyə olacaq?
Dolların bugünkü məzənnəsi
Bir əcnəbi turist
Azərbaycanda 1115 dollar xərcləyir
Ticarət müharibəsi qızışır
Azərbaycan nefti ucuzlaşıb
Dollar bu gün neçəyə olacaq?
Neft sektoru
cari əməliyyatlara fərqli təsir edir
Virtual pul bazarı oynuyur - Bitkoinin bahalaşmağa başladı
Dollar bu gün neçəyə olacaq?
Bu gün və sabah dollar neçəyə olacaq?
Bakıda tikinti
işləri xeyli zəifləyib
1000 nəfərdən çox işçi
hava şəraiti ilə əlaqədar təxliyyə edilib
Dollar bu gün neçəyə olacaq?
Dolların bugünkü məzənnəsi
Dolların kursu dəyişmədi
40 dövlət əmlakı özəlləşdirildi
Dolların bugünkü məzənnəsi
İstirahət günlərində dollar neçəyə olacaq?
Dollar bu gün neçəyə olacaq? - RƏSMİ MƏZƏNNƏ
Qızıl hasilatı
daha çox gəlir gətirə bilər
Dolların bugünkü MƏZƏNNƏSİ
Dollarla
əmanətlər sürətlə azalır
Qlobal ticarət müharibəsi
Azərbaycana təsir edə bilərmi?
“Petkim”in İdarə Heyətinə yeni təyinat olub
Kriptovalyuta bazarında nə baş verir? - Bitkoin yenə çökür
Azərbaycan nefti ucuzlaşıb
Bakılılar daha çox xərcləyir...
UNEC “Azeri Light” neftinin dünya qiymətinin proqnozunu yenilədi
MBNP bank sektorunda risklərin diaqnostikasını aparacaq
Dolların kursu dəyişmədi
Kriptovalyuta bazarı bahalaşıb - Bitkoin yenə zirvədə
İstirahət günlərində dollar neçəyə olacaq?
Dolların bügünkü məzənnəsi
Dolların bugünkü məzənnəsi
Kredit qoyuluşu
necə bərpa edilə bilər?
Arıçılara subsidiya veriləcək
"Exchange"lərin fəaliyyəti lisenziyalaşdırılacaq 
BÜTÜN XƏBƏRLƏR
İQTİSADİYYAT2017-08-24 22:41

Yerli buğda tələbi ödəmir...

 
156
İdxal buğdasına böyük ehtiyac var
 

Bitkiçilik məhsulları üzrə 2016-cı ilə dair hazırlanan icmal ərzaq balansına əsasən, Azərbaycanın taxıl məhsullarına olan tələbi 4,5376 milyon tondur.

Bura sənaye ehtiyacları, mal-qara və quş yemi, toxum üçün istifadə edilən məhsul, həmçinin ərzaq məhsulları kimi istifadə edilən məhsul və itkiyə gedən məhsul daxildir.
İcmal ərzaq balansı göstərir ki, yerli istehsal ölkəmizin taxıla olan tələbatının 65 faizini ödəyib. 2016-cı ildə istehsal edilən taxılın miqdarı 2,96 milyon ton olub. Tələbin ödənilməsi məqsədilə daha 1,694 milyon ton taxıl idxal edilib. Nəticədə bir ildə yaradılan ehtiyat 4,654 milyon ton təşkil edib.

İlin əvvəlində ölkəmizdə 1,388 milyon tondan artıq taxıl ehtiyatı da olub. İlin əvvəlindəki qalıq nəzərə alınmaqla ötən il Azərbaycanın istifadəsində olan taxılın miqdarı 6,042 milyon tondan artıqdır.

Bu qədər məhsulun 4,5376 milyon tonu itkilər də nəzərə alınmaqla istehlak edilib, 16,635 min tonu ixrac olunub, 1,488 milyon tonu isə 2017-ci ilə qalıq kimi qalıb.
2017-ci ilə qalan qalıq 2016-cı ilə nisbətən 100 min ton artıqdır. Bu o deməkdir ki, əgər 2017-ci ildə taxıl istehsalı artarsa böyük ehtimalla cari ildə taxıl idxalı azalacaq.
Azərbaycanda istehlak və istehsal edilən əsas taxıl məhsulu buğdadır. Ötən il ölkəmiz 1,799 milyon tondan artıq buğda istehsal edib və əlavə olaraq 1,6 milyon ton buğda da idxal edib. Bunlardan başqa ilin əvvəlində 875,248 min ton buğda qalığı olub. Bu 3 göstərici nəzərə alınarsa ötən il yaradılan buğda ehtiyatı 4,274 milyon tondan artıqdır.

Yerli istehsal buğdaya olan tələbatın 55 faizini ödəyə bilib. 2016-cı ildə buğda istehlakı itkilər də nəzərə alınmaqla 3,25 milyon ton olub. İstehlakın 2,24 milyon tonu sənaye ehtiyacları, 529,4 min tonu mal-qara və quş yemi, 137,55 min tonu toxumluq, 80,69 min tonu ərzaq məhsulu kimi (emal edilmədən) istifadə edilib. İtkinin miqdarı 260,753 min ton təşkil edib.
Buğda ehtiyatı illik istehlakdan çox olduğundan 2017-ci ilə qalıq şəklində 1,025 milyon ton buğda qalıb. 2017-ci il üçün qalıq məhsul 2016-cı illə müqayisədə 150 min ton artıqdır.
Azərbaycan 928,9 min ton arpa istehsal edib. Arpa idxalı isə 1,279 min ton olub. 2016-cı ilin əvvəlinə 383 min ton arpa qalığını da nəzərə alsaq ötən il 1,313 milyon ton arpa ehtiyatı yaradılıb. Ehtiyatın 946,7 min tonu istehlak edilib. O cümlədən 831,465 min tonu mal-qara və quş yeminə, 70 min tonu toxuma, 11,9 min tonu sənayeyə yönəldilib, 33,363 min tonu isə itkiyə gedib.

Ötən il yerli istehsal arpaya olan tələbatın 98 faizini ödəyib və Azərbaycan 2016-cı ildə 16,566 min ton arpa idxal edib. 2017-ci ilin əvvəlinə arpa qalığı 349,8 min ton olub və 2016-cı ilin əvvəli ilə müqayisədə 17 min ton azalıb.

Azərbaycanda istehsal edilən digər əsas taxıl məhsulu qarğıdalıdır. Ölkəmizdə keçən il 224 min ton qarğıdalı istehsal edilib, 90,87 min ton idxal olunub. İlin əvvəlində olan 128,785 min ton qarğıdalı qalığını nəzərə aldıqda ötən il cəmi ehtiyatlar 443,652 min ton təşkil edib.

Qarğıdalıya illik tələb 332,289 min tondur. Yerli istehsal bunun 50,5 faizini ödəyib.
İcmal ərzaq balansına görə Azərbaycan yerli istehsal hesabına tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə ilə özünü 100 faiz təmin edə bilir. Kartofla təminat isə 90 faizdən çoxdur.

İtkilər də nəzərə alınmaqla ölkəmizdə kartofa tələb 997,637 min olub. Bunun 721,8 min tonu ərzaq məhsulu kimi (emal edilmədən), 188,4 min tonu toxum kimi, 28,9 min tonu heyvan yemi kimi istifadə edilib. İtkiyə gedən məhsul isə 58,5 min tondur.

Yerli istehsal kartofa tələbin 90,4 faizini təmin edib. 2016-cı ildə 902,3 min ton kartof istehsal edib, 191,2 min tonunu idxal edib. İlin əvvəlində 534 min ton kartof qalığını da nəzərə alsaq 2016-cı ildə kartof ehtiyatı 1,627 milyon ton təşkil edib.

Ötən il tərəvəz istehsalı 1,27 milyon ton, idxal 61,184 min ton, ilin əvvəlinə qalıq isə 189 min ton idi. Həmin ildə tərəvəz ehtiyatı 1,521 milyon ton olub.
Tərəvəz ehtiyatının 1,013 milyon tonu ərzaq məhsulu kimi istifadə edilib. Daha 58 min ton məhsul sənaye məqsədilə istifadəyə, 1,25 min ton toxumluq məqsədilə istifadəyə yönəldilib. Ötən il 86,7 min ton tərəvəz itkiyə gedib, 126 min ton isə ixrac olunub. 2017-ci ilin əvvəlinə tərəvəz qalığı 592 min ton təşkil edib.

Bostan məhsullarında yaradılan ehtiyatın tamamı yerli istehsal hesabına təmin edilib. Ötən il 464,7 min ton bostan məhsulu istehsal edilib. Bunun 398,4 min tonu ərzaq kimi istifadə edilib, 35 min tonu heyvanların yemlənməsinə yönəldilib, 30,57 min tonu isə itkiyə gedib.

Meyvə balansında da vəziyyət yaxşıdır. Ötən il 1,024 milyon ton meyvə ehtiyatı yaradılıb ki, bunun da 882,8 min tonu yerli istehsal, 95,18 min tonu idxal, 46,5 min tonu qalıq hesabına təmin olunub. Ehtiyatın 678,15 min tonu ərzaq kimi istehlaka, 60,3 min tonu emala, 14,514 min tonu itkiyə, 220 min tonu ixraca yönəldilib. Ötən il yerli istehsalın həcmi yerli istehlakdan 16,7 faiz çox olub.

Qeyd edək ki, hər il Dövlət Statistika Komitəsi (DSK) tərəfindən hazırlanan ərzaq balansı əsas növ ərzaq məhsulları ehtiyatlarının yaranma mənbələrini və istifadə məqsədləri üzrə məhsulun hərəkətini özündə əks etdirir. Ərzaq balansı özündə məhsulun istehsalından tutmuş onun son istehlakına kimi hərəkəti barədə statistik məlumatları əks etdirir və ərzaq məhsulları bazarında cari vəziyyətin təhlilinə, onun inkişaf şəraitinin proqnozlaşdırılmasına, idxala olan tələbatın qiymətləndirilməsinə, ərzaq məhsullarının istehlak fondunun müəyyənləşdirilməsinə imkan verir.

Ərzaq balansının məlumatları ölkənin ərzaqla özünütəminetmə və xarici ticarətdən (idxaldan) asılılıq səviyyəsinin müəyyən edilməsində də xüsusi əhəmiyyətə malikdir.
Vasif Cəfərov
Dolların bugünkü məzənnəsi
Dollar sabah neçəyə olacaq?
Dolların bu günə olan məzənnəsi
Kredit bazarında
durğunluq davam edir

Təsisçi: Müşfiq SƏFİYEV

Baş redaktor: Qəzənfər BAYRAMOV

İnternet redaktor: Qalib İBRAHİMOĞLU

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.

Telefonlarımız: (+99412) 498-08-63

 (+99412) 498-08-63

Faks: (+99412) 493-56-23

Materiallardan istifadə zamanı, www.ekspress.az saytına istinad zəruridir.

Sosial şəbəkələrdə:

Bizə yazın
Redaksiya reklam elanlarında qeyd olunan informasiyanın düzgünlüyünə cavabdeh deyil və məsuliyyət daşımır. Redaksiya bu mövzuda əlavə məlumat kataloqu ilə təmin etmir.
Ekspress qəzeti 2018