ABŞ-ın ixrac rekordu
nefti yenidən ucuzlaşdırdı
Dörd gündür artan və kotirovkaları yeni 2 illik maksimuma qalxan neftin qiyməti çərşənbə günü axşamı ABŞ Energetika Nazirliyi enerji bazarları üzrə həftəlik statistikasını açıqladıqdan sonra yenidən çökdü.
Noyabrın 1-də səhər bir barelinin qiyməti 61,7 dollara qalxan Brent makalı neft Amerika neftinin dünya bazarlarına tədarükdə yeni rekord vurması xəbərindən sonra 1 saatdan bir az artıq müddətdə 1,5% ucuzlaşdı.
Çərşənbə günü axşam artıq Brentin bir çəlləyi 60,52 dollara, WTİ nefti isə 54,1 доллара satılırdı.
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası İdarəsinin məlumatına görə, ötən həftə ABŞ neft ixracında tarixi rekord vurub: xaricə sutkada 2,133 milyon barel neft tədarük edib.
Bu, əvvəlki həftədən 209 min barel, bir əbbəlki göstəricidən isə 5 qat çoxdur.
Ekspress.az