Cəmiyyətin sosial sferası
Cəmiyyətin sosial sferasını müxtılif sosial birlik formaları (sosial quruplar və etnik birliklər) arasında qərarlaşmış olan nisbi sabit əlaqələr sistemi təşkil edir. Sosial sfera konkret - tarixi xarakter daşıyır. Bu o deməkdir ki, cəmiyyət hər bir inkişaf mərhələsində ona uyğun sosial sferada qərarlaşır.
Sosial fəaliyyətin özünəməxsus xarakteri və münasibətlərinin spesifik (sosial) növü əsasında sosial sfera yaranır. Bu sferanın vütün tərəflərinin mövcud vəziyyəti və inkişafda götürülməsi cəmiyyətin sosial həyatını təşkil edir.
Sosial sferanın spesifikliyi aşağıdakı iki cəhətdə çıxış edir. Birincisi, hər şeydən əvvəl bu sferada insanların başqa fəaliyyət növlərindən fərqli sosial fəaliyyəti mövcud olur. Digər tərəfdən, sosial əlaqələrin və münasibətlərin xarakteri sosial sferaya müəyyən özünə məxsusluq verir. Sosial fəaliyyət onunla səciyyələnir ki, burada insanlar təkbaşına, ayrıca bir fərd kimi deyil, sosial birlik formasının, sinif, sosial qurup, sosial təbəqənin, etnik birliyin nümayəndəsi kimi çıxış edir. Hər bir cəmiyyətdə sosial birlik formaları, kollektivlər və sosial özəklər arasında, habelə onların hər birinin daxili stuktur elementləri arasında obyektiv əlaqələr formalaşır.
Sosial sistem aşağıdakı xassələrinə görə təbiət sistemlərindən fərqlənir: Hər şeydən əvvəl göstərilməlidir ki, cəmiyyəti təşkil edən elementlər, yarımsistemlər və səviyyələr son dərəcə rəngarəngdir, onların funksiyaları, əlaqələri və qarşılıqlı münasibətləri çox mürəkkəbdir. Sosial sistemi təşkil edən elementlər öz keyfiyyətinə görə müxtəlifdir, burada təkcə maddi deyil,həm də ideal, mənəvi hadisələr var. Buna görə də onu tədqiq edərkən müxtəlif elmlərin (humanitar və təbiət elmlərinin) metodlarından kompleks şəkildə istifadə olunmalıdır (marketing.ucoz.az). Daha sonra sosial sistemin əsas elementi olan insanın unikal xarakteri onu təbiətdən fərqləndirir. Belə ki, insan öz fəaliyyətinin, davranışının forma və üsullarını sərbəst surətdə və geniş diapazonda seçə bilir. Bunun nəticəsində cəmiyyətin inkişafında qeyri müəyyənlik dərəcəsi yüksək olur. Burada hadisələrin gələcək nəticələrini irəlicədən müəyyən etmək çox vaxt mümkün olmur.
Sosial sistem qapalı ola bilməz. Sosial sistemin açıq olması o deməkdir ki, cəmiyyət daim ətraf mühit ilə maddələr, enerji və informasiya mübadiləsində olur. Buna görə də ictimai sistem qeyri-müvazinət vəziyyətində olan sistemlərdədir. Onun qeyri-müvazinət xarakteri həm də bunda ifadə olunur ki, sosial sistemə daxil olan yarımsistemlər və tərəflər öz səviyyəsinə görə eyni deyil. Onlar arasında müəyyən fərqlər və dialektik ziddiyyətlər mövcuddur. Sosial sistemin açıq xarakteri və qeyri-müvazinətli olması onun ədəbi həyatını təmin edir.
Cəmiyyət bir sıra xassələrə malikdir: özfəaliyyət (fəaliyyətin kənardan gətirilməməsi), öz-özünü təşkiletmə; özinkişaf (inkişaf mənbəyinin daxildə olması) və öz-özünə kifayət olması.
Birinci üç əlamət həm bütövlükdə cəmiyyətə, həm də ayrılıqda onun hər sferasına və qruplarına aiddir. Dördüncü xassə isə yalnız bütöv bir tam kimi götürülən cəmiyyəti səciyyələndirir. Özünün özü üçün kifayət etməsi xassəsi o deməkdir ki, sistem öz fəaliyyəti ilə onun mövcudluğu üçün lazım olan şəraiti yarda və təlabatlarını ödəyə bilir.Bu keyfiyyət sosial sistemi onun ayrı-ayrı yarımsistemlərindən və tərəflərindən fərqləndirir. Başqa sözlə, cəmiyyətin heç sahəsi, heç bir fəaliyyət növü ümumidən təcrid olunmuş halda normal yaşaya bilməz. Yalnız bütöv bir tam kimi götürülən cəmiyyət bütün fəaliyyət növlərinin, sosial subyektlərin və sosial insitutların vəhdətini təmin etməklə öz-özünü təminetmə xassəsinə malikdir. Beləliklə, sosial sistem müxtəlif səpkilərə malikdir. Onu təhlil edərkən fəaliyyət növləri, "sosial münasibətlər, sosial birlik formaları" ictimai insitutlar mütləq nəzərə alınmalıdır.
Sosial stuktur dedikdə sözün əsl mənasında sosial sistem kimi götürülən cəmiyyətin ayrı -ayrı sosial qruplara, kollektivlərə, etniki birliklərə differensiyası, onlar arasında qarşılıqlı təsir və funksiyanal əlaqələr başa düşülür.
Əhalinin sosial tərkibində və bütövlükdə sosial strukturda başlıca yeri sosial qrup tutur. Bu anlayış ictimai həyat və ictima münasibətlər sistemində kefiyyətcə bir-birindən fərqli yer tutan insanlar birliyi ifadə edir. Məhz müəyyən sosial qrupa mənsub olması sayəsində insanlar cəmiyyətdə özlərinin cox tərəfli funksiyalarını daha dolğun yerinə yetirə bilirlər. sosial qrupa daxil olan insanlar bir necə ümumi sosial əlamət əsasında birləşirlər. O, bütövlükdə ictimai həyatın, xüsusən də sosial sistemin başlıca subyektlərindən biridir. Belə qruplar təkcə sırf sosial əlamətlərə görə deyil, həm də peşə, etniki, ərazi, demoqrafik, və dini göstəricilər üzrə təşgil olunurlar. Qeyd edək ki, sosial qrupların bu növləri bir-birindən əhaliddə deyil, çox yaxındır.
Sosial qruplar bir-birindən çox müxtəlif göstəricilərə görə fərqlənirlər. Onlardan aşağıdakılar mühüm yer tutur: ictimai əməyin təşkilində yeri və rolu, həyat və məişət şəraiti, cəmiyyətin sosial-siyasi həyatında,idarəcilikdə iştirak etmə səviyyəsi,təhsil və mədəniyyət və şüurluluq dərəcəsi, ictimai psixologiya səviyyəsi.
Cəmiyyətin sosial strukturu anlayışı öz məzmununa görə sosial tərkib anlayışından daha geniş və dolğun xarakter daşıyır. Belə ki, o təkcə əhalinin sosial birliklərinin müxtəlif nisbətlərində tərkibini göstərməklə kifayətlənmir. Onun məzmununa bundan əlavə sosial sistemə daxil olan yarım sistemlərin və elementlərin nisbi sabit düzülüş qaydası, bir-birilə qarşılıqlı münasibətləri,oynadıqları funksional rol da daxildir.
Müasir fəlsəfədə cəmiyyətin sosial strukturunun mahiyyəti və təbiətinə dair baxışlar bir sıra konsepsiyalarda cəmləşir. Birinci konsepsiya siniflərin mövcudluğunu inkar edir və onların əvəzində qrup halında sosial qurumları qoyur və iddia edir ki, həmin qrupların köməyi ilə insan münasibətləri hərtərəfli nəzərdən keçirilə bilər. Bu konsepsiyanı Amerika sosioloqları T.Parsons (1902- 1979), P.Lazarsfeld (1901- 1976) və digər mütəfəkkirlər fəal surətdə təbliğ etmişlər. İkinci qrupa cəmiyyətdə siniflərin və sosial qrupların mövcudluğunu qəbul edən marksistləri göstərmək olar. Üçüncü konsepsiyanın nümayəndəsi kimi M.Veberi qeyd edə bilərik.
Sosial həyatın müxtəlif məsləkli sosioloqlarını məşğul edən başlıca problemlərindən biri müasir cəmiyyətin "stratifikasiyasıdır", onun ictimai təbəqələrinin və ya qruplarının müəyyən edilməsidir. Sosial qruplar nəzəriyyəsi amerikan sosiologiyasının patriarxı olan Eduard Ross ilə başlanır. O, həmin anlayışı əsrimizin əvvəllərində işə salmışdır. Rossun fikrincə, cəmiyyət sosial qrupların məcmusundan ibarətdir. Fərdin ictimai həyatı- onun qrupdakı həyatda və qruparası münasibətlərdə iştirakıdır. Lakin belə düşünmək yanlış olardı ki, guya həmin sosioloqlar sinifli cəmiyyətin əsas ictimai qruplarından - ictimai siniflərdən bəhs edir (kayzen.az). Qruplar əraziyə, peşələrə, məşğələlərin bənzərliyinə və s. görə götürülür. Belə bir təsnifatda, məsələn, polad əridənlər sırasında həm polad kralları, həm də fəhlələr daxil edilir. Hələ 50-60-cı illərdə Amerikada cəmiyyətin ictimai qruplarının belə bir təsnifatı verilib: "İcma qrupları; ailə qrupları; tərbiyə qrupları; irq qrupları, mülki qruplar və siyasi təşkilatlarda birləşən qruplar" və s.
"Qruplardaxili" və "qruplararası" münasibətlər sosioloqlar tərəfindən araşdırılarkən "sosial nəzarət" öz üzvlərinin münasibətlərini tənzim etmək üçün qrupun müəyyən etdiyi "tənzimedici normalardır". Bu cür "nəzarət"anlayışına adətləri, dəbləri, ictimai fikrin təsirini daxil edirlər. Eyni zamanda zorakılıq kimi tətbiq edilən vasitələri də qeyd edirlər. Bəzi nəzəriyyəçilər göstərirlər ki, kapitalizm cəmiyyətində müxtəlif ictimai təbəqələrin tədriclə birləşib "vahid orta sinif" təşkil etməsi prosesi gedir. Həmin "vahid orta sinfin" bütün sinifləri əhatə etməsi baş verir. Qərb sosioloqları göstərir ki, kapitalizm cəmiyyətində adamların bir sinifdən başqa siniflərə keçməsi üçün hədsiz imkan yaranmışdır, "açıq siniflər", "açıq cəmiyyət" deyilənlər meydana gəlib.
"Sosial çeviklik" kimi kateqoriyadan istifadə edən ideoloqlar deyirlər ki, kapitalizm cəmiyyətində siniflər "açıq" olub, keçmişdə isə onlar "qapalı" idi, "bağlı" idi.
Bir çox silk maneələri olan feodalizmə nisbətən kapitalizm, əlbəttə, böyük çeviklik verir.
Beləliklə, sosial struktur inkişafın müəyyən pilləsində duran cəmiyyətin sosial birlikləri arasında qarşılıqlı münasibətləri, onların qarşılıqlı əlaqəsinin və qarşılıqlı təsirinin tarixən qərarlaşan nisbi sabit sistemini ifadə edir. Sosial stuktur cəmiyyətin iqtisadi, siyasi və mənəvi mədəniyyət sistemləri, məişət münasibətləri ilə ayrılmaz əlaqəlidir. O, bir tərəfdən özündə həmin tərəflərin güclü təsirini hiss edir, digər tərəfdən isə özü onlara fəal əks təsir göstərir.
Murad MƏMMƏDLİ
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur.