Bizə yazın
Bakı
+13 °C
USD RUR EUR AU BRENT
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • GÜNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MÜSAHİBƏ
  • KRİMİNAL
  • MƏDƏNİYYƏT
  • DÜNYA
  • SƏRBƏST
  • İDMAN
  • KİVDF

Əsas xəbərlər

ABŞ-dan Ankaraya təhdid...
Vaşinqtona etibar yoxdur:
Türkiyə qızıllarını ABŞ-dan çıxardı
Qlobal təhlükəsizlikdə Bakının rolu artır...
İlham Əliyev and içdi
Türkiyə erkən seçkiyə gedir?
Baxçalı təklif etdi, Ərdoğan eşitmədi...
İrəvanda “məxməri” etirazlar...

Digər xəbərlər

Azər­bay­ca­nın seç­ki təc­rü­bə­si
baş­qa öl­kə­lə­rə nü­mu­nə­dir
Qlo­bal in­ki­şaf mər­hə­lə­sin­də
ba­zar iq­ti­sa­di mü­na­si­bət­lə­ri
YU­NES­KO və Azər­bay­can
güc­lü əmək­daş­lıq im­kan­la­rı ya­ra­dıb
Beynəlxalq təşkilatların Azərbaycandakı seçkilərə marağı
120 öl­kə­nin na­zir­lə­ri Ba­kı­da top­laş­dı
Qo­şul­ma­ma Hə­rə­ka­tı­nın Ba­kı kon­fran­sı
sülh və təh­lü­kə­siz­li­yin təş­vi­qi üçün top­laş­ma ye­ri ola­caq
Azər­bay­can-Tür­ki­yə əla­qə­lə­ri
Mil­li in­ki­şaf stra­te­gi­ya­sı
Azər­bay­can Av­ro­pa İt­ti­fa­qı ilə əla­qə­lə­ri­ni də­rin­ləş­di­rir
İran-Azər­bay­can əla­qə­lə­ri
ən yük­sək zir­və­də­dir
Azər­bay­ca­nın tə­rəf­dar çıx­dı­ğı bey­nəl­xalq mü­qa­vi­lə­lər
Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı
Re­gi­on öl­kə­lər­lə hər­bi əmək­daş­lı­ğın in­ki­şa­fı
GU­AM döv­lət­lə­ri­nin ox­şar prob­lem­lə­ri
Qlo­bal Ba­kı Fo­ru­mu
dün­ya­da ən mü­hüm mü­za­ki­rə mey­dan­ça­sı­na çev­ri­lib
Azər­bay­ca­nın QDİ­ƏT-də fəa­liy­yə­ti
Beynəlxalq inteqrasiya
və onun dünya siyasətinə təsiri
İpək Yo­lu bo­yun­ca əmək­daş­lıq
Azər­bay­ca­nın miq­rant in­teq­ra­si­ya mo­de­li
Gür­cüs­tan: Av­ro­pa­ya açı­lan qa­pı
Azər­bay­can-Tür­ki­yə-İran əla­qə­lə­ri
XİN baş­çı­la­rı­nın üç­tə­rəf­li gö­rüş­lə­ri əhə­miy­yət kəsb edir
Azərbaycanda seçkilər
və beynəlxaq müşahidəçilik
Re­gi­on öl­kə­lər­lə mü­na­si­bət­lə­rin ba­lans­laş­dı­rıl­ma­sı
Xə­zər­ya­nı döv­lət­lə­rin əmək­daş­lı­ğı yax­şı­la­şır
Azər­bay­can-USA­İD əmək­daş­lı­ğı uzun­müd­dət­li­dir
Dün­ya­nın de­mok­ra­tik­ləş­mə­si ten­den­si­ya­sı
və mil­li döv­lət­lər
Mü­səl­man döv­lət­lə­ri ilə əmək­daş­lıq
Dün­ya bir­li­yi­nə in­teq­ra­si­ya­da tu­rizm po­ten­sia­lı­nın ro­lu
Bey­nəl­xalq əmək­daş­lıq nə­ti­cə ve­rir
Av­ro­pa Par­la­men­ti ilk də­fə Xo­ca­lı soy­qı­rı­mı ilə bağ­lı bə­ya­nat yay­dı
Azər­bay­ca­nın bey­nəl­xalq yar­dım əmək­daş­lı­ğı
Xo­ca­lı soy­qı­rı­mı­nın bey­nəl­xalq aləm­də ta­nı­dıl­ma­sı
Dün­ya öl­kə­lə­ri­nə in­teq­ra­si­ya­nın Azər­bay­can mo­de­li
NA­TO ilə hər­tə­rəf­li əmək­daş­lıq var
Azər­bay­ca­nın xa­ri­ci si­ya­sə­ti
öl­kə­mi­zin bey­nəl­xalq aləm­də­ki ye­ri­ni möh­kəm­lən­di­rir
Da­vam­lı in­ki­şa­fın tə­mi­nin­də in­teq­ra­si­ya əsas prin­sip ki­mi
Türk­dil­li öl­kə­lə­rin əmək­daş­lı­ğı
Azər­bay­can-Av­ro­pa Şu­ra­sı əmək­daş­lı­ğı
da­ha da ge­niş­lə­nir
MDB öl­kə­lə­ri ilə əmək­daş­lı­ğın sə­viy­yə­si
Azər­bay­ca­nın xa­ri­ci iq­ti­sa­di fəa­liy­yə­ti
Re­gi­on öl­kə­lər­lə əmək­daş­lıq 
Azər­bay­can-Ru­si­ya əla­qə­lə­ri güc­lə­nir
Bey­nəl­xalq in­teq­ra­si­ya­nın dün­ya si­ya­sə­ti­nə tə­si­ri
Re­gio­nal və qlo­bal əmək­daş­lıq
Döv­lət Miq­ra­si­ya Xid­mə­ti­nin bey­nəl­xalq əmək­daş­lıq­da ro­lu
BÜTÜN XƏBƏRLƏR
KİVDF2017-09-19 08:11

Döv­lə­tin si­ya­si əsas­la­rı

 
210
Və­tən­daş­la­rın si­ya­si mə­də­niy­yət sə­viy­yə­si­nə tə­sir gös­tə­rən amil­lər­dən bi­ri də və­tən­daş­la­rın si­ya­si mə­lu­mat­lı­lı­ğı­dır. Və­tən­daş sis­ya­si sis­tem haq­qın­da, o cüm­lə­dən döv­lə­tin əsas­la­rı haq­qın­da, öl­kə­də möv­cud olan ida­rə­et­mə for­ma­sı, si­ya­si ha­ki­miy­yə­tin böl­gü­sü ba­rə­sin­də mə­lu­mat­lı olar­sa bu, onun si­ya­si mə­də­niy­yət sə­viy­yə­si­nin yük­səl­mə­si­nə xid­mət edər.

Azər­bay­can Kons­ti­tu­si­ya­sı haq­qın­da mə­lu­mat­lı olan hər bir şəxs si­ya­si sis­tem haq­qın­da il­kin tə­səv­vü­rə sa­hib olur. Azər­bay­can­da möv­cud si­ya­si sis­tem 1991-ci il­də döv­lət müs­tə­qil­li­yi haq­qın­da Kons­ti­tu­si­ya Ak­tı­nın qə­bu­lu ilə for­ma­laş­dı­rıl­ma­ğa baş­la­nı­lıb və 1995-ci il­də ilk Kons­ti­tu­si­ya­nın qə­bu­lu ilə ye­kun­la­şıb. 
Hü­qu­qi və si­ya­si ba­xım­dan müa­sir Azər­bay­can döv­lə­ti 1918-1920-ci il­lər­də 23 ay ya­şa­yan Azər­bay­can De­mok­ra­tik Res­pub­li­ka­sı­nın (ADR) va­ri­si­dir. Müa­sir Azər­bay­can si­ya­si in­ki­şaf pro­se­sin­də ADR-in si­ya­si də­yər­lə­ri­ni rəh­bər tu­tub və hü­qu­qi döv­lət, və­tən­daş cə­miy­yə­ti qu­ru­cu­lu­ğu yo­lu­nu da­vam et­di­rib.

Va­ris­li­yi gös­tə­rən əsas əla­mət döv­lət rəmz­lə­ri­dir. 

Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət rəmz­lə­ri Döv­lət bay­ra­ğı, Döv­lət ger­bi və Döv­lət him­ni­dir.
Döv­lət bay­ra­ğı üç­rəng­li (ma­vi, qır­mı­zı, ya­şıl) olub ilk də­fə 1918-ci il no­yab­rın 9-da ADR hö­ku­mə­ti­nin qə­ra­rı ilə qə­bul edi­lib. 1920-ci il ap­re­lin 28-də ADR sü­qut et­dik­dən və So­vet ha­ki­miy­yə­ti qu­rul­duq­dan son­ra Azər­bay­can­da bu bay­raq­dan im­ti­na edib.
Bu bay­raq ikin­ci də­fə 1990-cı il no­yab­rın 17-də Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı Ali Məc­li­si­nin qə­ra­rı ilə bər­pa edi­lib və Mux­tar Res­pub­li­ka­nın döv­lət bay­ra­ğı ki­mi qə­bul olu­nub. Ey­ni za­man­da Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı Ali Məc­li­si Azər­bay­can SSR Ali So­ve­ti qar­şı­sın­da üç­rəng­li bay­ra­ğın Azər­bay­ca­nın rəs­mi döv­lət rəm­zi ki­mi ta­nın­ma­sı haq­qın­da və­sa­tət qal­dı­rıb.

1991-ci ilin fev­ra­lın 5-də Azər­bay­can Res­pub­li­ka­sı Ali So­ve­ti Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı Ali Məc­li­si­nin və­sa­tə­ti­nə ba­xıb və üç­rəng­li bay­ra­ğın Azər­bay­ca­nın döv­lət bay­ra­ğı ki­mi qə­bul edil­mə­si haq­qın­da qə­rar edib.
Azər­bay­ca­nın döv­lət ger­bi haq­qın­da ADR hö­ku­mə­ti 1920-ci il yan­va­rın 30-da mü­sa­bi­qə elan edib və mü­sa­bi­qə­dən ke­çə­cək gerb nü­mu­nə­si­nin hə­min ilin ma­yın 28-də qə­bul edi­lə­cə­yi haq­qın­da qə­rar çı­xa­rıb. La­kin 1920-ci il ap­re­lin 28-də ADR-in sü­qut et­mə­si nə­ti­cə­sin­də gerb qə­bul edil­mə­yib.
1990-cı il no­yab­rın 17-də Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın Ali Məc­li­si Döv­lət ger­bi ilə bağ­lı mə­sə­lə­ni mü­za­ki­rə edə­rək, Azər­bay­can SSR Ali So­ve­ti qar­şı­sın­da Azər­bay­ca­nın Döv­lət ger­bi­nin ha­zır­lan­ma­sı üçün ye­ni mü­sa­bi­qə­nin elan olun­ma­sı haq­qın­da və­sa­tət qal­dı­rıb.

Mü­sa­bi­qə 1991-ci il fev­ra­lın 5-də Azər­bay­can Res­pub­li­ka­sı Ali So­ve­ti­nin qə­ra­rı ilə elan olu­nub. 1991-1992-ci il­lər ər­zin­də mü­sa­bi­qə­yə Döv­lət ger­bi­nin on­lar­la la­yi­hə­si təq­dim olu­nub, mü­za­ki­rə­lər za­ma­nı 1919-1920-ci il­lər­də ha­zır­la­nan la­yi­hə­lər­dən bi­ri­nin qə­bul edil­mə­si ilə bağ­lı tək­lif­lər də səs­lə­nib.
Azər­bay­can Res­pub­li­ka­sı­nın Ali So­ve­ti 1993-cü il yan­va­rın 19-da qə­bul et­di­yi Kons­ti­tu­si­ya Qa­nu­nu ilə 1919-1920-ci il­lər­də ha­zır­la­nan Döv­lət ger­bi la­yi­hə­lə­rin­dən bi­ri­ni mü­əy­yən də­yi­şik­lik­lər­lə Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət ger­bi ki­mi təs­diq edib.
Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət ger­bi Azər­bay­can döv­lə­ti­nin müs­tə­qil­li­yi rəm­zi­dir. Döv­lət ger­bi pa­lıd bu­daq­la­rın­dan və sün­bül­lər­dən iba­rət qöv­sün üzə­rin­də yer­lə­şən şərq qal­xa­nı­nın təs­vi­rin­dən iba­rət­dir. Qal­xa­nın üs­tün­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət bay­ra­ğı­nın rəng­lə­ri fo­nun­da sək­kiz­gu­şə­li ul­duz, ul­du­zun mər­kə­zin­də alov təs­vi­ri var­dır.

Müa­sir Azər­bay­ca­nın Döv­lət him­ni 1919-cu il­də bəs­tə­kar Üze­yir Ha­cı­bə­yov və şa­ir Əh­məd Ca­vad tə­rə­fin­dən tər­tib edi­lən "Azər­bay­can mar­şı"dır. 1992-ci il ma­yın 27-də par­la­ment "Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət him­ni haq­qın­da" qaə­bul et­di­yi Qa­nun­la marş döv­lət him­ni ki­mi təs­diq edil­di. 
Xa­tır­la­daq ki, 1920-ci il yan­va­rın 30-da ADR hö­ku­mə­ti mil­li him­nin ha­zır­lan­ma­sı haq­qın­da qə­rar qə­bul edib və bu məq­səd­lə mü­sa­bi­qə elan olu­nub. Mü­sa­bi­qə iş­ti­rak­çı­la­rı la­yi­hə­lə­ri­ni ma­yın 1-nə ki­mi təq­dim et­mə­li idi­lər. La­kin ap­re­lin 28-də Azər­bay­ca­nın iş­ğa­lı mil­li him­nin qə­bu­lu­na im­kan ver­mə­di. 

Müs­tə­qil­lik haq­qın­da Kons­ti­tu­si­ya Ak­tın­da qeyd edi­lir ki, 1918-ci il ma­yın 28-d" Azər­bay­can Mil­li Şu­ra­sı İs­tiq­lal Bə­yan­na­mə­si qə­bul edə­rək Azər­bay­can xal­qı­nın döv­lət qu­ru­lu­şu­nun ço­xəsr­lik ənə­nə­lə­ri­ni dir­çəlt­di. Azər­bay­can öz əra­zi­sin­də tam döv­lət ha­ki­miy­yə­ti­nə ma­lik olub müs­tə­qil xa­ri­ci və da­xi­li si­ya­sət ye­ri­dir­di. Azər­bay­can Res­pub­li­ka­sı­nın müs­tə­qil döv­lə­tə xas olan tə­si­sat­la­rı - par­la­men­ti, hö­ku­mə­ti, or­du­su, ma­liy­yə sis­te­mi ya­ra­dıl­mış­dı və fəa­liy­yət gös­tə­rir­di. Azər­bay­can Res­pub­li­ka­sı bir çox xa­ri­ci döv­lət­lər tə­rə­fin­dən ta­nın­mış­dı və on­lar­la dip­lo­ma­tik mü­na­si­bət­lər ya­rat­mış­dı. La­kin 1920-ci il ap­re­lin 27-28-də RSFSR öz si­lah­lı qüv­və­lə­ri­nin his­sə­lə­ri­ni Azər­bay­ca­na ye­rit­di, su­ve­ren Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi­si­ni iş­ğal et­di, qa­nu­ni se­çi­lən ha­ki­miy­yət or­qan­la­rı­nı zo­ra­kı­lıq­la de­vir­di və Azər­bay­can xal­qı­nın çox bö­yük qur­ban­lar ba­ha­sı­na qa­zan­dı­ğı müs­tə­qil­li­yə son qoy­du. 

Son­ra­lar, 70 il ər­zin­də Azər­bay­can Res­pub­li­ka­sı­na qar­şı əs­lin­də müs­təm­lə­kə­çi­lik si­ya­sə­ti ye­ri­di­lir, Azər­bay­ca­nın tə­bii eh­ti­yat­la­rı aman­sız­ca­sı­na is­tis­mar olu­nur, mil­li sər­vət­lə­ri ça­pı­lıb ta­la­nır. Azər­bay­can xal­qı tə­qib­lə­rə və küt­lə­vi cə­za təd­bir­lə­ri­nə mə­ruz qa­lır­dı, onun mil­li lə­ya­qə­ti tap­da­la­nır­dı. Bü­tün bun­la­ra bax­ma­ya­raq Azər­bay­can xal­qı dövl"t müst"qil­li­yi uğ­run­da mü­ba­ri­zə­ni da­vam et­di­rir­di. "Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət müs­tə­qil­li­yi­nin bər­pa­sı haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı Ali So­ve­ti­nin 1991-ci il av­qus­tun 30-da qə­bul et­di­yi Bə­yan­na­mə də bu mü­ba­ri­zə­nin ye­ku­nu ol­du. Azər­bay­can Res­pub­li­ka­sı­nın Ali So­ve­ti Azər­bay­can Mil­li Şu­ra­sı­nın 1918-ci il ma­yın 28-də qə­bul et­di­yi İs­tiq­lal Bə­yan­na­mə­si­nə, Azər­bay­can Res­pub­li­ka­sı­nın de­mok­ra­tik prin­sip­lə­ri­nin və ənə­nə­lə­ri­nin va­ris­li­yi­nə əsasl­la­na­raq və "Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət müs­tə­qil­li­yi­nin bər­pa­sı haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı Ali So­ve­ti­nin 1991-ci il 30 av­qust ta­rix­li Bə­yan­na­mə­si­ni rəh­bər tu­ta­raq bu Kons­ti­tu­si­ya Ak­tı­nı qə­bul et­di və müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət qu­ru­lu­şu­nun, si­ya­si və iq­ti­sa­di qu­ru­lu­şu­nun əsas­la­rı­nı tə­sis et­di. 

Kons­ti­tu­si­ya Ak­tı­na əsa­sən, Azər­bay­can xal­qı Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi­sin­də və on­dan kə­nar­da ya­şa­yan, Azər­bay­can döv­lə­ti­nə və onun qa­nun­la­rı­na ta­be sa­yı­lan bü­tün Azər­bay­can Res­pub­li­ka­sı və­tən­daş­la­rın­dan iba­rət­dir. Öz ida­rə­et­mə for­ma­sı­nı seç­mək, baş­qa xalq­lar­la öz mü­na­si­bət­lə­ri­ni mü­əy­yən­ləş­dir­mək, si­ya­si, iq­ti­sa­di və mə­də­ni hə­ya­tı­nı öz ta­ri­xi və mil­li ənə­nə­lə­ri­nə, ümum­bə­şə­ri də­yər­lə­rə uy­ğun in­ki­şaf et­dir­mək Azər­bay­can xal­qı­nın ay­rıl­maz hü­qu­qu esab edil­di. 

Di­gər mad­də­lər­də qeyd edi­lir ki, Azər­bay­can Res­pub­li­ka­sın­da su­ve­ren ha­ki­miy­yət Azər­bay­can xal­qı­na məx­sus­dur. Azər­bay­can xal­qı­nın hər han­sı his­sə­si, hər han­sı bir şəxs su­ve­ren ha­ki­miy­yə­tin hə­ya­ta ke­çi­ril­mə­si sə­la­hiy­yə­ti­ni mə­nim­sə­yə bil­məz. Azər­bay­can xal­qı su­ve­ren ha­ki­miy­yə­ti bi­la­va­si­tə re­fe­ren­dum va­si­tə­si­lə və Azər­bay­can Res­pub­li­ka­sı­nın par­la­men­ti­nə ümu­mi, bə­ra­bər və bir­ba­şa seç­ki hü­qu­qi əsa­sın­da giz­li səs­ver­mə yo­lu ilə se­çi­lən nü­ma­yən­də­lə­ri va­si­tə­si­lə hə­ya­ta ke­çi­rir. Azər­bay­can xal­qı öz ira­də­si­nin ifa­də­si ki­mi Azər­bay­can Res­pub­li­ka­sı­nın de­mok­ra­tik qu­ru­lu­şu­na və qa­nu­nun ali­li­yi­nə tə­mi­nat ve­rir. 
Sə­nəd­də bil­di­ri­lir­di ki, Kons­ti­tu­si­ya Ak­tı Azər­bay­can Res­pub­li­ka­sı­nın ye­ni Kons­ti­tu­si­ya­sı­nın ha­zır­lan­ma­sı üçün əsas­dır.
Kons­ti­tu­si­ya Məh­kə­mə­si­nin şər­hi­nə əsa­sən, Azər­bay­can Res­pub­li­ka­sı­nın si­ya­si sis­te­mi mil­li və ta­ri­xi şə­rai­tin xü­su­siy­yət­lə­ri­ni əks et­dir­mə­si ilə sə­ciy­yə­vi­dir. Onun mey­da­na gəl­mə­sin­də və fəa­liy­yə­tin­də çox müx­tə­lif amil­lər rol oy­na­yıb və oy­na­maq­da­dır. Si­ya­si sis­te­min fəa­liy­yə­ti­nin for­ma­laş­ma­sı­na əha­li­nin si­ya­si mə­də­niy­yə­ti­nin xü­su­siy­yət­lə­ri mü­hüm tə­sir gös­tə­rir.

Ümu­miy­yət­lə Azər­bay­can Res­pub­li­ka­sı­nın si­ya­si sis­te­mi­nin struk­tur for­ma­laş­ma­sı əsa­sən 1995-ci il no­yab­rın 12-də öl­kə­nin ye­ni Kons­ti­tu­si­ya­sı­nın qə­bul edil­mə­si ilə ba­şa çat­mış ol­du. Kons­ti­tu­si­ya­ya uy­ğun ola­raq Azər­bay­can döv­lə­ti de­mok­ra­tik, hü­qu­qi, dün­yə­vi, uni­tar res­pub­li­ka ki­mi mü­əy­yən­lə­şib. Azər­bay­can Res­pub­li­ka­sın­da döv­lət ha­ki­miy­yə­ti­nin ye­ga­nə mən­bə­yi xalq­dır. Sər­bəst və müs­tə­qil öz mü­qəd­də­ra­tı­nı həll et­mək və öz ida­rə­et­mə for­ma­sı­nı mü­əy­yən et­mək Azər­bay­can xal­qı­nın su­ve­ren hü­qu­qu­dur. Azər­bay­can si­ya­si sis­te­min­də döv­lət ha­ki­miy­yə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­si for­ma­sı­na gö­rə pre­zi­dent üsul-ida­rə­si­nə əsas­la­nan res­pub­li­ka pa­ra­metr­lə­ri­nə uy­ğun­dur.
Ha­ki­miy­yə­tin bö­lün­mə­si prin­si­pi­nə uy­ğun ola­raq Azər­bay­can­da müs­tə­qil şə­kil­də for­ma­la­şan və fəa­liy­yət gös­tə­rən üç ha­ki­miy­yət qo­lu qə­rar­laş­mış­dır: qa­nun­ve­ri­ci­lik, ic­ra və məh­kə­mə ha­ki­miy­yə­ti. Bu ha­ki­miy­yət or­qan­la­rın­dan hər bi­ri­nin fəa­liy­yə­ti Kons­ti­tu­si­ya və qa­nun­ve­ri­ci­lik akt­la­rı ilə tən­zim­lə­nir.
Azər­bay­can Res­pub­li­ka­sın­da qa­nun­ve­ri­ci­lik ha­ki­miy­yə­ti­ni hə­ya­ta ke­çi­rən or­qan Mil­li Məc­lis, ic­ra ha­ki­miy­yə­ti­ni hə­ya­ta ke­çi­rən Pre­zi­dent, Məh­kə­mə ha­ki­miy­yə­ti­ni hə­ya­ta ke­çi­rən or­qan Azər­bay­can Res­pub­li­ka­sı­nın məh­kə­mə­lə­ri­dir.

Azər­bay­ca­nın Kons­ti­tu­si­ya ilə mü­əy­yən edi­lən uni­tar­lı­ğı spe­si­fik­li­yə ma­lik­dir. Bu da onun tər­ki­bin­də Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın döv­lət ha­ki­miy­yə­ti sta­tu­su­na ma­lik ol­ma­sı­dır. Kons­ti­tu­si­ya­ya gö­rə Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı Azər­bay­ca­nın tər­ki­bin­də mux­tar döv­lət­dir. Ora­da qa­nun­ve­ri­ci ha­ki­miy­yə­ti Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın Ali Məc­li­si, ic­ra ha­ki­miy­yə­ti­ni Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın Na­zir­lər Ka­bi­ne­ti, məh­kə­mə ha­ki­miy­yə­ti­ni Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın məh­kə­mə­lə­ri hə­ya­ta ke­çi­rir. Nax­çı­van Mux­tar Res­pub­li­ka­sın­da ali və­zi­fə­li şəxs Ali Məc­li­sin səd­ri­dir.
Azər­bay­ca­nın si­ya­si sis­te­min­də yer­li özü­nü ida­rət­mə or­qan­la­rı olan bə­lə­diy­yə­lər də mü­hüm yer tu­tur. Bu ins­ti­tut ye­ni ya­ran­ma­sı­na bax­ma­ya­raq bö­yük pers­pek­ti­və ma­lik­dir.

Bü­tün müa­sir si­ya­si sis­tem­lər ki­mi Azər­bay­ca­nın si­ya­si sis­te­mi­nə də çox­par­ti­ya­lı­lıq, plyu­ra­lizm xas­dır. Si­ya­si par­ti­ya­lar qa­nun­ve­ri­ci və yer­li özü­nü ida­rə­et­mə or­qan­la­rın­da təm­sil olun­maq va­si­tə­si ilə döv­lət ha­ki­miy­yə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­sin­də iş­ti­rak et­mək im­ka­nı­na ma­lik­dir­lər.
Azər­bay­can xal­qı özü­nün ço­xəsr­lik döv­lət­çi­lik ənə­nə­lə­ri­ni da­vam et­di­rə­rək, "Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət müs­tə­qil­li­yi haq­qın­da" Kons­ti­tu­si­ya Ak­tın­da əks olu­nan prin­sip­lə­ri əsas gö­tü­rə­rək 1995-ci il­də re­fe­ren­dum yo­lu ilə Kons­ti­tu­si­ya qə­bul edib.

Kons­ti­tu­si­ya Azər­bay­can döv­lə­ti­nin müs­tə­qil­li­yi­ni, su­ve­ren­li­yi­ni və əra­zi bü­töv­lü­yü­nü qo­ru­ma­ğa, de­mok­ra­tik qu­ru­lu­şa, və­tən­daş cə­miy­yə­ti­nin bər­qə­rar edil­mə­si­nə na­il ol­ma­ğa, xal­qın ira­də­si­nin ifa­də­si ki­mi qa­nun­la­rın ali­li­yi­ni tə­min edən hü­qu­qi, dün­yə­vi döv­lət qur­ma­ğa, əda­lət­li iq­ti­sa­di və so­si­al qay­da­la­ra uy­ğun ola­raq ha­mı­nın la­yiq­li hə­yat sə­viy­yə­si­nə, ümum­bə­şə­ri də­yər­lə­rə sa­diq ola­raq bü­tün dün­ya xalq­la­rı ilə dost­luq, sülh və əmin-aman­lıq şə­rai­tin­də ya­şa­maq və bu məq­səd­lə qar­şı­lıq­lı fəa­liy­yət gös­tər­mə­yə tə­mi­nat ve­rir. 

Va­sif CƏ­FƏ­ROV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 
 
Azər­bay­ca­nın dün­ya si­ya­sə­tin­də­ki ye­ri və ro­lu
XİN-in bi­rin­ci rüb­də­ki fəa­liy­yə­ti
ge­niş olub 
Ver­gi­lər Na­zir­li­yi-Aİ əmək­daş­lı­ğı ge­niş­lə­nir
Par­la­ment­lər ara­sın­da əmək­daş­lıq

Təsisçi: Müşfiq SƏFİYEV

Baş redaktor: Qəzənfər BAYRAMOV

İnternet redaktor: Qalib İBRAHİMOĞLU

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.

Telefonlarımız: (+99412) 498-08-63

 (+99412) 498-08-63

Faks: (+99412) 493-56-23

Materiallardan istifadə zamanı, www.ekspress.az saytına istinad zəruridir.

Sosial şəbəkələrdə:

Bizə yazın
Redaksiya reklam elanlarında qeyd olunan informasiyanın düzgünlüyünə cavabdeh deyil və məsuliyyət daşımır. Redaksiya bu mövzuda əlavə məlumat kataloqu ilə təmin etmir.
Ekspress qəzeti 2018