Dindirilmə zamanı məlum olub ki, Yevlax sakini 1993-cü il təvəllüdlü Təbriz Yusifov və onu həmyerlisi 1979-cu il təvəllüdlü Rəşad Elman oğlu Yusifovdur. Araşdırmalar zamanı məlum olub ki, Təbriz Yusifov bir neçə gün öncəyə qədər həmin fermada çoban işləyirdi. Onları əraziyə gətirən Pərviz İlham oğlu Qurbanov hər iki şəxsin əməlindən xəbərsiz olduğunu bildirib ("aznews.az"). O, onları Yevlax ərazisindən müştəri olaraq gətirdiyini bildirib.

Rəşad Yusifov Rusiyada və Azərbaycanda 4 dəfə məhkum həyatı yaşayıb. Saxlanılan şəxslər Ağcabədi rayon polisinə təhvil verilib.

Ekspress.az