Teleqraf.com xəbər verir ki, Şabran şəhər sakini, 24 yaşlı Nurşan Rzayev 29 yaşlı bacısı Seyidcanı bıçaqlayıb.

Çoxsaylı bıçaq xəsarəti alan Seyidcan Rzayeva xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Nurşan Rzayev polis əməkdaşları tərəfindən həbs edilib. İstintaqa ifadə verən şübhəli şəxs törətdiyi cinayəti etiraf edib. Bildirib ki, bıçaqladığı bacısı hadisədən bir neçə ay əvvəl nişanlanıb. Amma toya bir neçə gün qalmış Seyidcan Rzayeva ərə getməkdən imtina edib. Bu səbəbdən ailədə münaqişə yaranıb və o, bacısına bıçaqla xəsarət yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Ekspress.az