Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan Respublikası istiqamətindən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətindən gizlədilən 12 ədəd "Nokia" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Ekspress.az