Bakıda bir nəfər spritli içkidən zəhərlənərək ölüb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Verilən məlumata görə, aprelin 7-də paytaxtın Nizami rayonu ərazisindən Ağsu rayon sakini Cabir Mustafayev alkoqoldan zəhərlənmə ilə Toksikologiya Mərkəzinə gətirilib və aprelin 8-də orada ölüb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Ekspress.az