Bizə yazın
Bakı
+13 °C
USD 1.7 RUR 0.0279 EUR 2.0981 AU 2282 BRENT 53.76
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • GÜNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MÜSAHİBƏ
  • KRİMİNAL
  • MƏDƏNİYYƏT
  • DÜNYA
  • SƏRBƏST
  • İDMAN
  • KİVDF

Əsas xəbərlər

ABŞ-dan Ankaraya təhdid...
Vaşinqtona etibar yoxdur:
Türkiyə qızıllarını ABŞ-dan çıxardı
Qlobal təhlükəsizlikdə Bakının rolu artır...
İlham Əliyev and içdi
Türkiyə erkən seçkiyə gedir?
Baxçalı təklif etdi, Ərdoğan eşitmədi...
İrəvanda “məxməri” etirazlar...

Digər xəbərlər

Sumqayıtda mənzildə qadın meyiti aşkarlanıb
Bakıda məcburi köçkünlərin yaşadığı sanatoriyada yanğın baş verib, 7 nəfər zəhərlənib
Bakıda 42 yaşlı kişi intihar edib
Şamaxıda xalası oğlu ilə nişanlı olan 17 yaşlı qız özünü öldürüb - YENİLƏNİB
Təqsirləndirilən şəxs: Arif Alışanovu öldürmək istəsəydim, çoxdan yox etmişdim
Bayram günlərində 358 sərxoş sürücü saxlanılıb
22 yaşlı oğlan 1 il əvvəlki səhvinin qurbanı oldu - TƏFƏRRÜAT
Bakıda saxta viskilər hazırlayan sex aşkarlanıb - FOTOLAR
Goranboyda qardaş bacısını öldürərək basdırıb
"Papanin"də güclü yanğın: yaşayış evləri yanır
Naftalanda 31 yaşlı qadın sanatoriyada güllələnib -YENİLƏNİB
“İnterpol”un axtardığı azərbaycanlı qadın saxlanıldı - FOTO
Xalq artistinin atasını maşın vurub öldürdü
Şamaxı sakini intihar edib
İsmayıllıda ana və qızı dəm qazından zəhərlənib
Şamaxıda nişanlı oğlan bayram günü özünü asıb
Ağsuda ağır yol qəzası; 6 ölü
Yevlaxdakı qəzada yaralanan şagird Bakıya göndərildi
Qalib Arifin oğluna hökm oxundu
Prokuror Qalib Arifin oğluna cəza istədi - 8 İL
Bakıda mal-qara daşıyan avtomobili aşıb
Sabiq direktor: "Leyla Şıxlinskayanın klinikadakı maliyyə məsələlərindən xəbəri olub"
Ağdamda 50 yaşlı kişi dərmandan zəhərlənərək ölüb
Yevlaxda yanacaq daşıyan maşın minik avtomobili ilə toqquşub
Şabran sakini ad günündə özünü güllələyib
Qobustanda çoban özünü güllələyib
Cəlilabadda 9 yaşlı uşaq göldə boğularaq ölüb
31 yaşlı kişi özünü asdı - Xırdalanda
Yevlax sakinini döyüb maşınını əlindən aldılar - Qəzaya düşdülər
23 yaşlı oğlan özünü ağacdan asdı - Tay-tuşlarımdan geri qalıram
Yevlaxdakı qəza zamanı xəsarət alan şagirdlərdən biri beyin əməliyyatı olundu
Bir gündə 6 üzvü ölən ailədən AÇIQLAMA: "DEYİLƏNLƏR YALANDIR"
Fədayə Laçının həbs müddəti uzadılıb
Xaçmazda 50 yaşlı kişi özünü öldürüb
Narkoloji Dispanserin keçmiş baş həkimi həbs edilib
AzTV sədri haqda şok ittiham - “Qara bir qızla gəzirdi”
Polkovnik qız istəyən gənci döyüb - Kapitanla birgə
Yük maşını ana və iki uşağını vurdu, sürücü hadisə yerindən qaçdı
Dəm qazı iki körpənin canını aldı
Azərbaycanda iki terrorçu öldürüldü - ADLAR
28 yaşlı oğlan özünü ov tüfəngi ilə vurdub - İsmayıllıda 
Ramiz Mirzəyevin bacısını və yeznəsini öldürənlər saxlanılıb
“BakuBus”ın avtobusu qəzaya səbəb oldu - FOTOLAR
Nişanlı oğlanı ata bağlayıb sürüdülər- AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ
BÜTÜN XƏBƏRLƏR
KRİMİNAL2017-10-12 13:49

Ramin Hacılıya hökm oxundu - sənədləri saxtalaşdırdığına görə

 
218
Nəsimi Rayon Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, məhkəmədə hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Ramin Hacılıya 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Digər təqsirləndirilən şəxslər - Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov barəsində 2 il müddətinə icbari iş təyin olunub.

Cinayət işinin başlanmasına səbəb kimi Hacılı Ramin Rasim oğlunun ABŞ-a getməyə viza almaq istəyənlər üçün ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinə saxta sənədlər təqdim etməsi göstərilib.

İttihama görə, ABŞ-a getməyə viza almaq üçün ona müraciət etmiş şəxslərin adlarına iş yerləri və yüksək əmək haqqı almaları barədə hüquq verən rəsmi arayışlar saxtalaşdırılmaqla hazırlanıb.

Daha sonra cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov cəlb olunublar.

Məlum olub ki, R. Hacılı tamah niyyəti ilə hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla, qanunsuz hazırlama və satma barədə Qismət Məmmədovla qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. R. Hacılı "Azərbaycan Avropa Hərəkatı" adlı qeyri-hökumət təşkilatının sədri olduğu halda, ABŞ-a viza almaq istəyən Q. Məmmədova özünü vətəndaşların viza alınması məsələlərinə xidmət göstərən "Elend Educational And Travel Agency" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi təqdim edib və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib.

O, 2 noyabr 2016-cı ildə Qismət Məmmədovun adına "Ustop" geyim mağazasının sahibi olması və aylıq əmək haqqının 3200 manat təşkil etməsi barədə həqiqətə uyğun olmayan rəsmi sənəd hesab edilən arayış tərtib edib. Cəmiyyətin adından ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinə ünvanlanmış 18 noyabr 2016-cı il tarixli 096 nömrəli müşayiət məktubunu saxtalaşdırıb qanunsuz hazırladıqdan sonra həmin saxta məktubu 2 noyabr 2016-cı il tarixli saxta arayışla birlikdə əvvəlcədən aldığı 100 manat pul müqabilində Qismət Məmmədova satıb.

Eyni məzmunlu əməllərin yuxarıda adı keçən digər şəxslərlə birlikdə də törədildiyi bildirilib.

İstintaq müddətində Ramin Hacılı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hökm bir müddət əvvəl elan edilib.

Ekspress.az
 
32 yaşlı gəncin intihar səbəbi: “Onun özünü öldürməsi...”
Göyçayda kanalda meyit tapılıb
Şəmkirdə 6-cı sinif şagirdi məktəbin həyətində ölüb
General Novruzəli Orucovun oğlu: "Hadisə sürücü məni söyəndən sonra baş verdi"

Təsisçi: Müşfiq SƏFİYEV

Baş redaktor: Qəzənfər BAYRAMOV

İnternet redaktor: Qalib İBRAHİMOĞLU

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.

Telefonlarımız: (+99412) 498-08-63

 (+99412) 498-08-63

Faks: (+99412) 493-56-23

Materiallardan istifadə zamanı, www.ekspress.az saytına istinad zəruridir.

Sosial şəbəkələrdə:

Bizə yazın
Redaksiya reklam elanlarında qeyd olunan informasiyanın düzgünlüyünə cavabdeh deyil və məsuliyyət daşımır. Redaksiya bu mövzuda əlavə məlumat kataloqu ilə təmin etmir.
Ekspress qəzeti 2018