İlk Milli Sosial Şəbəkə - “CityMap.az” fəaliyyətə başladı

14.02.2019 17:07
385
İlk Milli Sosial Şəbəkə - “CityMap.az” fəaliyyətə başladı

Azərbaycanın ilk Milli Sosial Şəbəkəsi - “CityMap.az” fəaliyyətə başlayıb. Bu barədə Ekspress.az-a layihənin təsisçisi və rəhbəri Vaqif Hüseynov bildirib.


4 dildə (Azərbaycan, ingilis, türk və rus) fəaliyyət göstərən CityMap.az özündə dövlət idarələri, hüquqi, habelə fərdi şəxsləri cəmləşdirir.

Layihənin təməli 2016-cı ildə qoyulsa da, sözügedən sayt 2 il müddətində Azərbaycan bazarında beta versiyada fəaliyyət göstərərək, bazarın mövcud layihəyə tələbatını araşdırmışdır. Məhz uğurlu bazar araşdırmasının nəticəsi olaraq, bu il fevral ayının 10-da layihə rəsmi şəkildə istifadəyə verilib.


Vaqif Hüseynovun sözlərinə görə, istənilən şəxs özünü və ya təmsil etdiyi qurumu rahat şəkildə heç bir ödəniş olmadan saytda

qeydiyyatdan keçirə bilər. "Sayt administrasiyanının müvafiq yoxlamaları və düzəlişlərindən sonra həmin kontent saytda öz əksini tapacaq. Bu, həmin şəxslərə çox rahat şəkildə öz hədəf kütləsinə çıxa bilmək və əlavə müştərilər qazanmaq üçün unikal bir şans verir".


Layihə eəhbəri deyir ki, CityMap layihəsi bazarda mövcud olan analoji şəbəkələrdən fərqli olaraq, yeganə platformadır ki, 4 dildə (azərbaycan, rus, ingilis və türk dillərində) fəaliyyət göstərir və etibarlı kontentə tam zəmanət verir. "Belə ki, saxta profillərdən saytı qorumaq üçün bütün qeydiyyatdan keçən şəxslərdən rəsmi (şəkilli) sənəd təqdim etmələri tələb olunur".


Vaqif Hüseynov onu da qeyd edib ki, bu gün üçün layihə tam olaraq Azərbaycan bazarını əhatə etsə də, sentyabr ayından etibarən qlobal bazara çıxmaq hədəflənib.


Murad MƏMMƏDLİ

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND